Elnur Uğur Abdiyev - Səni duymazlar mənim kimi,
Səni duymazlar mənim kimi,
Məni heç nə öldürə bilməzdi,
sonuncu söz mərmin kimi.
Səni sevdim,
Elə sevdim ki,
Özümə özgələşdim.
Özümdə neçə üz güləşdi?
Yenildim addımda sənə,
Yerə dəyən kürəyimə,
Şələləndi ayrılıqlar.
İçimdə sən gedən gündən bir boşluq var,
O boşluqda diyirlənir
oyan- buyana,
saatın oxundan çıxmış əqrəbi.
Daha mənimçün fərqi nədi,
saat neçədi?
Gündüzdü,gecədi?
Məni bir sən duyurdun,
Səni də duymur indi heç kim.
Bilirəm adam başa düşülməyəndə,
Gecələr yuxu adlı bataqlıq da,
adamı çəkə bilmir özünə.
Mən sənsiz inanmıram,
Dünyanın cazibə qüvvəsinə.