Əlirza HƏSRƏT -  MƏN AĞALAR BAYRAMOVAM

Ədəbiyyat 07:55 / 09.12.2025 Baxış sayı: 635

 

(Səsi möcüzə,avazı sehr,Respublikanın Əməkdar artisti Ağalar Bayramova)

Hər qolum bir Vətən yolu,

Tamaşadır sağı,dolu.

Ürəyi şeirlə dolu,

Mən Ağalar Bayramovam.

Kür-Araz damarımda qan,

Xəzər də eşqimə meydan.

Bilir tarix,bilir zaman,

Mən Ağalar Bayramovam.

Ucuzlaşıb söz bazarı,

Biraz balam,biraz arı.

Yurdun rəssamı,yazarı,

Mən Ağalar Bayramovam.

 

Ulduzları şöləm bilir,

Zirvələri şələm bilir.

Nə yaxşı ki aləm bilir,

Mən Ağalar Bayramovam.

 

Gavur düşmən,sən də tanı,

Anamız Azərbaycanı.

Söz mülkünün xanimanı,

Mən Ağalar Bayramovam.

 

Eşq heykəliydi bu bədən,

Bitib göyərmişəm dən-dən.

Ruhum bayraq,könlüm Vətən,

Mən Ağalar Bayramovam.

09 dekabr 2025.