Ələsgər ƏLİOĞLU : - GECİKMİŞ SEVDA NOTLARI
Taleyim payızın cənginə keçib,
Durnatək başlayıb hisslərin köçü...
O ötən günləri qaytarmaq üçün,
Nə bərk başlamısan səs-sorağa sən.
Xeyiri yox...göydən gül-çiçək yağsa,
Mənim qismətimin yolunda yoxsan...
Yenidən meylini salmısan yoxsa,
Baxımsız qoyduğun bağça-bağa sən.
Zaman öz işində, zaman hərlənir,
O axar sularım daha lillənir...
Ömrüm günbatana gəlib dirənir,
Təzədən düşmüsən əl-ayağa sən.
14.12.2025