Ələddin Əzimli - SİRR

Ədəbiyyat 19:10 / 06.12.2025 Baxış sayı: 561

 

"Sözlərdəki sən"dən

Qapı çoxdan açıqdır,

Nədənsə, gələn yodur.

Sənə dediyim sözün

Sirrıni bilən yoxdur.

 

Bir az əziyyət çəksən,

Bəlkə, açdın bu sirri.

İnsaf deyil, bu sözü,

Dəfn edək diri-diri.

 

Qəfil döyülür qapım,

Yəqin, yada salandır.

Ünvanı kimdən alıb,

Bura adsız dalandır.

 

Yaxşını da, pisi də,

Qatıblar bir-birinə.

Ayırardım onları,

Olsam sənin yerinə.

 

Bu sirr yzağa getməz,

Bir də gördün qayıtdı.

Toxta, özünü yorma,

Bu da belə həyatdı.