Ələddin Əzimli - İki an

Ədəbiyyat 17:11 / 08.03.2026 Baxış sayı: 541

 

" sözlərdəki sən " dən

Bu quşun

yarpaqların arasından süzülən

işıqlı nəğməsi nə xoşdur.

Yanımdan ötüb keçən

bu qadının baxışları

nədən mənə çox doğmadıt, tanışdır?

Xəyallar

dumantək bürüdü məni.

Qəfildən

quş da kəsdi

o işıqlı nəğməni.

Dikildi ağaca gözlərim.

Sonra da

qadını aradı hisslərım.

Artıq nə quş vardı,

nə də o qadın.

Həzinlik çökdü bağa,

başladım darıxmağa...