Əçrəf Veysəlli - EYLƏMƏZ
Çəmən gələ, çiçək gələ,
Güllər göyçək-göyçək gələ,
Ürəyimi bundan belə
Baği- gülüstan eyləməz.
Həsrət salıb məni dərdə,
Gözlərimə çəkib pərdə.
Ağlı olan ayrı yerdə
Heç gedib məkan eyəməz.
Ərənləri dönməz, qəti
Dar gündə də igid, mətin.
Kim canını bu millətin
Yolunda qurban eyləməz?!
Qan ağlaya daş da belə,
Yaz da belə, qış da belə,
Bağrı yanıq quş da belə,
Mənim tək əfqan eyləməz.
Qəm gəldikcə qəmin üstə,
Durum qaçım kimin üstə?
Görüşməyə yaxın dost da
Vaxt tapıb imkan eyləməz.
Əşrəf! Yaşa el içində.
“El içində- öl içində.”
Adam belə ağır gündə
Dostu imtəhan eyləməz.
1990-cı il.