Arzu Əsəddən  maraqlı  ŞƏRH

YAZARLAR 12:43 / 15.09.2026 Baxış sayı: 50

Çeviyi yenidən həbs ediblər.

Digər ateist dostlarımız da yazıblar ki, "Allah qapısını açsın".

Allah haqqı, elə belə də ciddi və səmimi şəkildə yazıblar. Biz də neçə ildir özümüzü yorub bu feysbukda mübahisə və müzakirələr edirik. Sən demə, bunları dinə, imana gətirməyin çox sadə, qısa, yığcam yolları varmış.

O gün bir ateistimiz də başsağlığı olaraq bir statusun altında yazıb: "Tanrı rəhmət eləsin". Guya adam Allahın adını dilinə gətirmir. Ya dəyişirsən dəyişirsən, bu "rəhmət" sözünü də dəyiş də, rəhmətliyin nəvəsi. Məsələn, "Tanrı uçmak versin!" Yoxsa yamaqlı parçaya oxşayır. Maraqlı orasındadır ki, adam özü öləndə onu basdıranlar hamısı "Allah rəhmət eləsin!" deyəcəklər, o da etiraz edə bilməyəcək, yerində çevriləcək o yan bu yana...

Zəmanəmizin çox maraqlı tipləridir. Bunların da sosial-psixoloji portretləri və bədii obrazları yeni tragikomediyalar üçün uzaqdan gəl-gəl deyir.