Aləmzər Sadıqqızı - Yaşadım axşamla sabah arası...

Ədəbiyyat 10:33 / 09.12.2025 Baxış sayı: 457

 

Yenə də səsini atıb başina,

Bu dəli, sərsəri küləklər əsir...

Budaqda yellənən son yarpaq kimi...

Mənim ümidimi görən nə kəsir?

 

Ürəyim maynlı bölgə misalı,

Küləkdən, yagışdan dağıla bilər...

Zülmətin bağrını yaran Günəşim...

Çox çəkməz aynadan üzümə gülər...

 

Ömür də gecəli, gündüz kimidi,

Gah xeyir yaşarıq gah şəri elə...

Təpədən dırnağa möcüzə həyat,

Sirrini verməz heç dünyada ələ...

 

Aləməm çatıram ömrün sonuna,

Yaşadım axşamla sabah arası.

Yaxşı ki, ömrümü vermedim Allah!

Nəfsimlə, dözumlə, tamah arası...

9.12.2025.