Xatirə Rəhimbəyli - Yorğun şeir...

Ədəbiyyat 10:31 / 27.07.2026 Baxış sayı: 260

 

Hər gələn gözünü bir az oymur ki,

İnsan əzablardan niyə doymur ki?!

Kənardan atılan daşlar qoymur ki,

Görəm sinəmdəki ürək nə deyir.

 

Bəxtə asi olmaq olmadı həddim,

Göndərdiyi yolla süründüm,getdim...

Ayrılıq arada böyük Çin səddi,

Blmədim,o qəlbi kövrək nə deyir...

 

Bu dinsiz kədəri necə önləyim?

Sevgi,sevinc varsa,niyə inləyim?

Götürüb başımı qaçım,dinləyim,

Baxım,qalan ömrə fələk nə deyur...