Ağaevli Əli Hacı  - Son papirosun yerinə

Ədəbiyyat 12:18 / 27.07.2026 Baxış sayı: 201

Son papirosun yerinə ,

Bu,qəmi də tək çəkəcəm !

Vaxtımın göyçək üzünə,

Qəm şəklin,göyçək çəkəcəm !

 

Yoluma çörək əvəzi,

Vermişəm yeməyə sözü !

Sinəm-kətan,fırça-gözüm

Olanı görcək,çəkəcəm !

 

Rəngi alıb öz günümdən,

Rəngləyəcəm gündəmi də !

Qalmaq üçün gündəmində ,

Dünyanı gerçək çəkəcəm !