Fərhad Tapdıqoğlu - Kəlamlar

YAZARLAR 16:19 / 26.07.2026 Baxış sayı: 247

 

Sənətkarın oğlu sənətkar,alimin oğlu alim olmaya bilər ...

Ancaq bizdə məmurun oğlunun məmur olması mütləqdir.

=

İldırımlar,şimşəklər şəhidlərimizin göylərdə dolaşan ruhlarının bizə olan qəzəbləridir.

=

Fikir ağıllı olduqda ,hərəkət də əməl də yaxşı olur.

=

Tavan uçanda səbəbi araşdırıb ,tapmamış,günahı divarların ,dirəklərin üstünə yıxanlar var...

=

"Acan ol,ac olma"

Acan adam bir qismət yeyər,aclığı gedər.

Ac adam ömrü boyu yesə ,gözləri doymaz.

=

Böyük ürəyi,təmiz qəlbi,xoş niyyəti olan xeyirxah insanlar "mən,mən" sözünü işlətməzlər,onlar "siz,sən " deyərlər.

=

Saxta insanlar səni yayın qızmarında şaxtadan dondurar,qışın şaxtasında istidən yandırar.

=

Başqası kimi olmaq istəyin varsa,birinci özünü tapmalısan,özün olmalısan...

=

Deyirlər ki,ayı qanmazdır.Əgər qanmazdırsa,nə üçün armudun yaxşısını yeyir?!

=

İndi eləmədiklərimizin ,təəssüfləndiklərimizin çoxu bacarmadıqlarımız deyil,zamanında ağlımıza gəlməyənlər,düşünmədiklərimizdir.

=

Ailə başçısının iradəsi zəif olanda o ailədə nəinki xeyir-bərəkət olmaz,hətta ailə kimi yaşamını itirər.

=

İnsan tənha qalanda ,darıxanda qaz plitəsinin üstündə qaynamağa başlayan çaydanla da həmsöhbət ola bilər.

=

Ehtiyac qürurumla əlbəyaxa vuruşa çıxdı,onu əzişdirdi,amma əyə bilmədi,sındıra bilmədi...

=

Həqiqət həmişə sakit və təvazökar olur.

Həqiqət gücdə deyil,güc həqiqətdədir.

=

Sağlığında pis əməllər sahibi olan şəxs ,öləndən sonra başdaşından xeyirxah insan kimi boylanır: gülərüz,nurlu sifət...

=

Qəhrəmanlığı ,fədakarlığı, xeyirxahlığı məhkum etməsələr də,qəhrəman,fədakar ,xeyirxah insanları indi məhkum edirlər.

=

Düşmənçiliyin əksəriyyəti həsəddən,paxıllıqdan doğur,onun çarəsi yoxdur.

Paxıl insandan pis əməllər hər an gözləniləndir.

=

Ləyaqətsizlərin insanlıq kimi bir yüksək səviyyəyə qalxmaları mümkünsüzdür.

=

Bərkdən,qışqıraraq danışanlara diqqətlə qulaq asmağa öyrəşənlər, ağılla, təmkinlə nitq söyləyənlərə,çətin diqqət kəsilərlər.

=

Hər kəsin nəfsi onun şəxsi nəqliyyatıdır...

Onu idarə edə bilmirsənsə,qəzalar qaçılmazdır.

=

Yaltaq adamları özlərinə dost seçənlər ,səhvlərini düzgün göstərənləri düşmən hesab edərlər...

=

Bəxt sarıdan " belin nə qədər bağlı olsa da" yenə bəxtinə bel bağlama...

=

Eşqi biz kimi soyuq olan insanların nifrəti alov,od,atəş kimi olar.

=

"Oğrunun bağırmasına" dözmək ,doğru,düzgün insandan sonsuz səbr,iradə,əzm və "dəmir " əsəb tələb edir.

=

"İşığın üzünü" görən elə kitablar var ki, eləcə sən də onların "üzünü" görəsən,amma açmayasan.

=

İnsanın gözlərinin öz mədəsi var.

O əgər doyubsa,əla!...

Gözləri tox olan ac olmaz...

=

Göz gözü görməyən məkanda könül bulanmaz.

P.S."Nə göz görsün,nə də könül bulansın" məsəlini xatırladım.

=

İnkişafın da,tənəzzülün də ölçü vahidi "addımdır".

Bir addım irəli getdi...bir addım gerilədi...

=

Həyatda ən xöşbəxt insan "gündə ölüb dirilən " deyil,bir dəfə ölən insandır.

Xöşbəxt ölüm isə bir dəfə ölüb torpağa qovuşmaqdır.

=

Ən zəif,anlaşılmayan səs,"quyunun dibindən gələn səsdir.

Ən güclü səs isə "qulaqları batıran səsdir "

=

Gecələr işıqları söndürülməyən evlərdə narahatlığın olması şübhəsizdir.

=

Sözün qüvvədən düşübsə,özün də qüvvədən düşübsən.

=

Çox dinmək ,danışmaq adamı az yeməkdən də qoyar...

P.S.Yeni atalar sözü...

=

Kələyin ucundan yapışanlar ,kələfin ucunu itirərlər...

=

Tərləməmək üçün nazik geyinirik...

Xəstələnirik...qalın geyinirik ki,tərləyək, sağalaq...

=

Kiminsə haqqına girib, haqqı yeyənləri ,elə sonda haqq da yeyər.

=

Dili şirin olanların da,

dilinin arxasında "zəhər" də olur,bal da...hiylə də olur,səmimiyyət də...

=

Saymağı barmaqla öyrənirik...

Müəyyən mövqeyə çatanda da,bizi barmaqla göstərirlər...

Sadəcə barmaqların "formaları" müxtəlif olur.

=

Çox zaman özümüzü döyməkdənsə,eləsə gözümüzü "döyürük"...

=

Uşaq yaşlarında valideynlərinin əllərindən,böyüyəndə isə həm də Allahın ətəyindən yapış...

=

İnsanın təzyiqi qalxanda yalnız özünü məhv edir.

Çayda suyun qalxan təzyiqi,qarşısına çıxan hər şeyi...