Firidun Agazadə -“KÜLƏKLİ havalar – mənim sevdiyim...”

YAZARLAR 12:08 / 27.07.2026 Baxış sayı: 159

 

... İngilis şairi Corc Bayronun dəniz küləkləri ilə bağlı gözəl misraları var. Şair KÜLƏKLƏRİ coşub-daşan qasırğa və fırtınaların qanadı adlandırır.

Başqa bir ingilis romantik şairi Persi Bişi Şelli "Qərb küləyinə oda" adlı şeirində KÜLƏKLƏRİ baharın və oyanışın xəbərçisi - ilham mənbəyi kimi vəsf edir...

Aleksandr Puşkinin şeirlərində KÜLƏKLƏRİ canlı, güclü və azadlıq obrazı kimi görürük...

Əli Kərimin “Bakı KÜLƏYİ” şeirində “Ey Bakı küləyi, səhərə kimi Sındır pəncərəmi, döy pəncərəmi!..” - deyə tənhalığa qarşı üsyan və dinamik hərəkət motivləri tərənnüm olunur...

Məmməd Arazın şeirlərində KÜLƏK obrazı təbiətin gücünü, həyatın narahat ruhunu və zamanın səsini simvollaşdırır... Şair öz mübariz ruhunu və sərtliyini küləklə əlaqələndirir...

Mikayıl Müşfiqin “KÜLƏKLƏR” şeiri var, macar şairi Şandor Petefi “KÜLƏK “ şeirində küləyi təbiətin dəyişkən və qüdrətli simvolu kimi təsvir edir...

Poeziyamızda öz dəst-xətti olan Shahriyar Del Geraninin “Nə bilsin KÜLƏK” adlı gözəl şeiri var - O vaxtdan yiyəsiz qalıb küləklər...

p.s. Bakı KÜLƏKLƏR şəhəridir, bir neçə dəfə yazmışam ki, “Küləkli havalar – mənim sevdiyim...”, görürəm ki, xanımlar hirslənir, guya bunların pəncərə-servantlarına toz qonacaqmış. Xanım dostlarımız, xüsusən, Pərvanə İsmayilqızı, Aygün Əziz, Bircə Xanım ... elə evimizin xanımı da dad qılırlar küləkdən... Odur ki, KÜLƏK haqqında elə bircə misra demişəm, ardını gətirə bilmirəm...

Qoyurlar ki?...