Ay Bəniz Əliyar - "Dünyada qalacaq dünyanın malı"
"Dünyada qalacaq dünyanın malı",
Gedən özü ilə ad aparacaq.
Cənnətə düşərsə... nə xoş cəlalı,
Cəhənnəmə düşən od aparacaq.
Əvvəl iməkləyib, sonra yeriyib,
Dadarsan hər dünya malından, əlbət.
Yeni ocaq salıb, nəsil törəyib,
Belə "ömür" adlı yol edərsən qət.
Bəzən bilərəkdən könül qırarsan,
Bəzən bilmədən də çıxıb gedərsən.
Ömrünü beləcə başa vurarsan,
Hər şeyə həsrətlə baxıb gedərsən.
Sevgidir Tanrının ən gözəl hissi,
Dadmasan bilməzsən, dadsan doyurmaz.
Tanrıya sevgidir hisslərin üstü,
Bu sevgi olmasa xoşbəxtlik olmaz.
Ömründə bir həzin iz salmaz illər,
Açarsa döydüyün qapını naşı.
Axdığın körpülər, keçdiyin yollar,
Keçər vicdanından dönüb-dolaşıb