Nə qədər dözək - Şövkət Zərin Horovlu’

Ədəbiyyat 10:50 / 27.07.2026 Baxış sayı: 196

 

Nə deyim dünyanın ədalətinə,

Birinə taxt verir ,yüzün yandırır.

Mərdin sözün verir qulaq ardına,

Namərdə haqq verib göyə qaldırır.

 

Bərəkəti qaçıb çörəyimizin,

Bir ordu məmura yesir olmuşuq.

Sanki dilimizə qıfıl vurublar,

Qolları zəncirli əsir olmuşuq.

 

Torpağın sərvətin talayanlara,

Arxa-dayaq olur bu ağ yalanlar.

Oğruya haqq verib imanın yeyir,

Haramla məşədi ,hacı olanlar.

 

Köhnə qala kimi sökülür vətən,

Paramparça olub qalmayıb canı.

Deyirlər ölkənin ağası kimi ,

Qanunlar da verir ,“ Naxçıvan,xanı”

 

Qazilər evsizdir,məhəl qoyan yox,

İtinə ev tikir qolu zorlular.

Kasıbın tikəsin əlindən qapıb,

Azacıq payına şərik çıxırlar.

 

Ölümə gün sayır ixtiyar şair,

Qələmlə gor qazlb, səksənə çatır,

Nəvəsi yerində məmur balası,

Gecələr dolların üstündə yatır.

 

Hamı yaxa çəkir, kimdi günahkar,

Torpağın üstündə nə üzlə gəzək?

Alimi, şairi dilənçi olan ,

Millətin dərdinə nə qədər dözək?