Əbülfət MƏDƏTOĞLU : -   «Mayorun iş günləri»

Ədəbiyyat 10:06 / 06.12.2022 Baxış sayı: 1665

 

 

Yazıçı-hüquqşünas Əlisəfa Azayev oxucularını növbəti dəfə sevindirib. Belə ki, öz qələmini həmişə oxucuların xidmətinə təqdim  edən müəllif yeni kitabında da özünün həyat həqiqətlərinə söykənən hekayələrini «Mayorun iş günləri» adı altında araya-ərsəyə gətiribdi. Kitabda 15 hekayə yer alıb. Həmin hekayələrin hər birinin süjet xətti, mövzusu, cərəyan edən hadisələr demək olar ki, həm müəllifin özünün fəaliyyəti dövrü şahidi olduğu hadisələrdən qaynaqlanır, həm də yazıçı təxəyyülünün əlavələri ilə bədii əsərə çevrilib.

«Mayorun iş günləri» kitabı «Maarif» nəşriyyatında, Fariz Məhərrəmovun redaktorluğu və Aynur Çingizqızının korrektorluğu ilə işıq üzü görübdü. 320 səhifədən ibarət olan bu kitabda oxucuların qarşılaşacağı məqamlar adama son dərəcə tanış gəlir. Ona görə ki, müəllif əvvəlcədə xatırlatdığımız kimi, öz həyat təcrübəsinə güvənərək daha çox gerçəkliyi bədiiləşdiribdir. Düşünürəm ki, bu kitab da oxucuların marağına səbəb olacaqdır.