Elnur Uğur : - Oxşamır

Ədəbiyyat 08:27 / 28.07.2025 Baxış sayı: 1101

 

İlahi, bu mən deyiləm

Bu şəkil mənə oxşamır.

Hansı tərəfindən baxsam,

Oxşamır, yenə oxşamır.

 

Gül açmır güləndə üzü,

Üzündə dəfn olub özü.

Bəxti qara daşdır,dözür,

Gözləri Günə oxşamır.

 

Allah,eşqinə kölənəm

Mən sənin yerdə kölgənəm?

Bəs niyə çəkib belə nəm

Bu şəkil sənə oxşamır?!

 

Elnur,Uğurda veyiləm.

Sözəm ən sonda deyilən.

Yox,Tanrım, bu mən deyiləm

Bu şəkil mənə oxşamır.