Şarl Mişel Azərbaycana gəldi - FOTO

Gündəm 09:01 / 11.11.2024 Baxış sayı: 708

Noyabrın 11-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

Yenises.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Şarl Mişeli Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.