Şərafət Şəfa : - Bir az tərifləyin, lap azca məni...

Ədəbiyyat 12:00 / 05.08.2025 Baxış sayı: 2385

Bir az tərifləyin, lap azca məni,

Könlümə yamanca şirin söz düşüb.

Bülbül naləsindən, çiçək nazından,

Bağrımın başına yanar köz düşüb.

Bir az tərifləyin, lap az, azacıq,

 

Mən bahar qızıyam günəşlə doğan,

Əsən rüzgarlara sinəni gərib,

Bütün acıları içində bogan..

Bir az tərifləyin, lap azca məni,

 

İçdə ağlasam da üzdə gülürəm,

Yaddaşıma yazıb hər bir kəlməni,

Ömrümə hədiyyə xalça hörürəm.

Bir az tərifləyin, lap azca məni!