Qarabağ Universitetində təhsil pulsuz olacaq

Elm 16:52 / 29.02.2024 Baxış sayı: 1067

“Qarabağ Universitetində təhsil pulsuz olacaq, yataqxana fəaliyyət göstərəcək”.

Yenises.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin bugünkü brifinqində nazir Emin Əmrullayev deyib.

"Ən yaxşı tələbələri cəlb etmək istədiyimiz üçün yüksək bal toplayan tələbələrə təqaüd veriləcək" deyən nazir bildirib ki, vakansiyalar elan olunacaq.

E.Əmrullayev xarici universitetlərdə təhsil almış azərbaycanlıları Qarabağa qaytarmaqda israrlı olduqlarını vurğulayıb.