“O, Ağdama gələnə qədər səngərlər palçığın içindəydi” - Aqil Abbas
![](/uploads/img/posts/2024/07/12/42jpg-1720796579jpg-1720806131.jpg)
“Raquf Orucov xalq qəhrəmanıdır, heç vaxt unudulmayacaq. O, Ağdama komandir göndərilənə qədər səngərlərimiz palçığın içindəydi, hərbi sığınacaqlar normal deyildi".
Bunu Bakupost.az -a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas Raquf Orucov haqqında açıqlamasından deyib.
O, şəhid polkovnik-leytenantın Ağdamda ön xətdəki səngərlərdə kifayət qədər işlər gördüyünü deyib:
"Raqif gələn kimi səngərlərdə abadlıq işləri apardı, istehkamlarımızı möhkəmləndirdi”.
Millət vəkili Raquf Orucov və digər qəhrəmanlardan bəhs edən filmin senarisini Mədəniyyət Nazirliyinə təqdim etdiyini bildirib:
“Bu filmdə “Dolu”dakı kimi ümumiləşdirilmiş qəhrəmanlardan söhbət gedir. Bu bədii filmdir və orda Raquf Orucovun da obrazı var. Nazirlik isə ssenarinin sentyabrda təsdiq olunacağını bildirib”.
Qeyd edək ki, bu gün 2016-cı il Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun doğum günüdür.