Kəmalə Abiyeva : - Öldüm, xəbərin olmadı Allah...

Ədəbiyyat 08:45 / 04.03.2024 Baxış sayı: 1437

Qırıldım, elə qırıldım ki, toz məndən yaxşı,

Rənglərim soldu beləcə, boz məndən yaxşı.

Don vurmuş bənövşə , buz məndən yaxşı,

Öldüm, xəbərin olmadı Allah...

 

Dualar davaya qarışdı , qaldımı deyilməyən,

Cəzamı, qəzamı varımdı çəkilməyən ?!

Mən tanrının bəd bəndəsi,

bətindən sevilməyən!

Öldüm, xəbərin olamdı Allah...!

21.08.23