Əziz Sancar AMEA-nın fəxri üzvü seçiləcək
![](/uploads/img/posts/2023/11/28/19jpg-1701179869jpg-1701182760.jpg)
Nobel mükafatı laureatı Əziz Sancar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü seçiləcək.
Yenises.az xəbər verir ki, bununla bağlı məsələ AMEA-nın noyabrın 29-da keçiriləcək ümumi yığıncağının gündəliyinə salınıb.
İclasda Ə.Sancarın AMEA-nın fəxri üzvü seçilməsi ilə bağlı məsələyə baxılacaq.