Əyyub Türkay : - NİDAMSAN

Sənsən mənim taleyimdə
Həm olanım, həm olmazım.
Sənsən kövrək notlarımdan
Varağıma düşən yazım.
Gəl, gözümün yaşlarında
Damla-damla əriyənim.
Ürəyimə gedən yolda
Qorxa-qorxa yeriyənim.
Qoymaram ki, xəzan tuta
Al-qırmızı güllərini.
Fəsillərin payızında
Üşütmərəm əllərini.
Küləklərə inad sənin
Tellərinə çəkim daraq.
Nə gözəldir məhəbbətdən
Qaranlığa düşən çıraq.
Mən söyləyim, hər kəs bilsin,
Eşq adında bir adamsan.
Həyatıma son qoymağa,
Həm nöqtəmsən, həm nidamsan!