Əbülfət Mədətoğlu : - Sərmişəm ruhumu Ay işığına,

Ədəbiyyat 07:39 / 10.04.2024 Baxış sayı: 3514

 

 

Sərmişəm ruhumu Ay işığına,

Susaraq baxıram - mən növbədəyəm!..

Qarışır Allahdan pay işığıma -

Köksümə sıxıram - mən tövbədəyəm!..

 

Sirr deyil heç kəsə imanım , dinim

Gözümsə yol çəkir -Qibləm sən tərəf!..

Bir"Allah!" söyləyir, bir də "Yar!" dilim -

Budur mənim üçün ən böyük ŞƏRƏF!..

 

İlıq məqamı da, küsgün anı da

Qaçılmaz sayıram, qədər bilirəm...

Tay dilə tutmuram yanan canı da -

Öpdüyüm şəkilin gözün silirəm!..