Bəhram Bilaloğlu : - Eşqə məktub.
Qələm yazmayanda,göz yaşım yazır,
Qəlblərin şəhidə məhəbbətindən.
Necə anlayım ki, duymayanları,
Enirlər,Allahın səadətindən.
Görünən dağdı bu,pakdı, zirvədir,
Zirvəyə yetişməz kinli qəlblilər.
Şəhidin haqqına,girənlərə,de,
Məhv olar,əzilər,kəmli qəlblilər.
Ən üstün,ən ali,məqamdır şəhid,
Zəkası zəiflər anlamaz,bilməz.
Cənnətin ən üstün sakinləridir,
Xəyanət edənlər cəzasız ölməz.
***
Bu nə hicrandı ki, ya Rəbb,
Bəşəri heyrətə salmış.
Zamanla nihan eyləmiş,
Əqli pak, xəyala dalmış.
Elə bir zirvədə durmuş,
Saxlamış,adını hər dəm.
Kim onu yada salarsa,
Axmaz ürəyinə,bir qəm.
Həsrətə qərq olar yadlar,
Tanıtmaz İlahi eşqi.
Seçilər bəndə sınaqla,
Unutmaz İlahi eşqi.
Özünü anlamaz çoxu,
Oyanmaq istəməz, qəflət.
Dərinə baş vuran anda,
Yağdırar şeytana nifrət.