Yadigar Təvəkgul - Mən yadına düşmədiyim...
Mən yadına düşmədiyim,
Sən yadımdan cixmayanım.
Mən eşqinin divanəsi,
Sən əlimi sıxmayanım.
Bağrı qanlı lalə kimi,
Mən tək tənha bitən çiçək.
Xəyalımın qanadında,
Sən küləkdən qaçan ləçək.
Baxışından həvəslənib,
Ovucunda yuva quran.
Ömrümün payız çağında,
Sənsən mənə nəfəs olan.
Sən yadımdan cıxmayanım,
Mən yadında qalmadığım,
Sən nəbzimdə döyünən eşq ,
Mən yadına salmadığın.
Sən Allaha dua kimi
Arzulardan çıxan adam
Yadigarın qurununu
Sevgisiylə yıxan adam