Yadigar Tevekgul - Bu həyata inanmırdım əzəldən
Bu həyata inanmırdım əzəldən
Fələyin oyunua düşüb gəlmişdim
Güvəndiyim dağlar qar dəlisiymiş
Sonradan,tanıyıb sonra bilmişdim
Meylimi çiçəyə çəmənə verdim,
Gözlədim tanrının ətəklərində
Tutundum qələmə, tutundum sözə
Yaşadım güllərin ləçəklərində
Səndən ilham aldım, səndən güc aldım.
Dedim anlar məni sinəsi yarə
Mən sənə güllərin şahı demişdim
Sən niyə kusdurdun bəs məni lalə