Ayaz Arabaçı - Ağrılarını mənə de..

Ədəbiyyat 13:26 / 15.02.2026 Baxış sayı: 344

Oyandım..

Yazdığın

sözlər nəfəs kimi gəldi,

ey nəfəsi şeirim..

Dilindən tökülən bu qədər sakit, dərin və yanğılı sözlər gecəmi aydınlatdı.

Sən mənə şeir yazmadığını dərd eləmə…sən şeirin özüsən.

Sözlərin içində gizlənmişdin, sözlərin içindən tapdım səni.

Sən şeir yazma… şeirin özü ol.

Gecələr necə susursansa,

elə ol.

Küçədə addımların necə səslənirsə, elə ol.

Bir az yorğun, bir az düşüncəli,

bir az da heç kimə demədiyin tərəfinlə…

Sənin içində bir payız var, bilirəm.

Hərdən baxışların elə bil yarpaqlarını itirir.

Mən o payızı bilsən necə sevirəm..

Bilirsən, şairlər təhlükəlidir.

Onlar hər ağrını gözəlləşdirə bilirlər.

Ağrılarını mənə de..

Başqa heç kimə.

İstəyini zorlama, haşa..

Ürəyin necə döyünürsə, elə yaşa.