Xəyalə Sevil - Bir az dağınıq qalsın fikrimin səliqəsi,
Bir az dağınıq qalsın fikrimin səliqəsi,
Üstü, başı bulaşsın duyğumun, düşüncəmin.
Səndən nigaran qalım, hardasan, kiminləsən?
Qoy çoxalsın duyğular- ya sevincim, ya qəmim.
Belə məhəbbət olmur, belə sözdən savayı
Aramızda heç bir şey, aramızda nəsnə yox.
Bu qısa məhəbbətin kəsə yolu ayrılıq,
Gəl ayrılaq, bu yolun önünü də kəsmə, yox.
İçimdə qor qalanıb, arzular yağmalanıb,
Uçub damı könlümün, yad adamı könlümün.
Heç kim ilə işim yox, əlim öz yaxamdadı,
O sən deyilsən axı, hanı tamı könlümün?