Kamalə Abiyevaya   MƏKTUB

YAZARLAR 10:45 / 12.07.2026 Baxış sayı: 898

 

Arada ona düşündüklərimi yazıram. Bu dəfə də belə oldu. Paylaşdığı bir şeirini oxudum və yenə ona demək istədim ki: Kamalə xanım ürəyiniz kainat qədərdir. Ruhunuz cənnət kimidir.

Səni elə sevdim, elə sevdim ki,
xəbərim olmadı bu ayrılıqdan.
 Unutmaq necədir heç bilmədim ki,
unutmaq sözünü unutdum tamam.

Nə yollara baxdım, nə yol gözlədim,
tutub əllərindən gəzdim hər yeri.
Ayaq səslərindən heç diksinmədim
səninlə oyandım mən səhərləri.

Səni xəyal kimi daşımadım ki,
bütün illərimin yoldaşı oldun.
Sənsiz bircə an da yaşamadım ki,
sən mənim ən sadiq sirdaşım oldun.

Taleyi günahkar bilmədim, çünki,
mən öz ürəyimin əsiri oldum.
Səni elə sevdim, elə sevdim ki,
Sən mənim azadlıq istəyim oldun.

Hər şeiriniz möcüzədir, başqa söz tapa bilmədim.Sizə sizi tərif edə bilmirəm. Söz tapmaq mümkün deyil. Sizə olan sevgimi, heyranlığımı necə ifadə edim? İfadə edə bilmədiyimə ürəyim partlayır.

Söz varmı ki?...Sizi ifadə etmək mümkünsüz. Dəyəriniz ölçüyə gəlməz. Sizinlə dünyanı bölüşmək gözəl. Amma yenə də ürəyimdən keçənləri bilmənizi  istədim.

Unutmaq necədir heç bilmədim ki,

Unutmaq sözünü unutdum tamam...
Ən böyük sevginin və ən böyük ayrılığın fəlsəfəsi bu...İkicə misrada bunu belə möhtəşəm verən ürək sahibi ilə dünyanı bölüşmək gözəldi.

Həqiqi sevgi məsafələr tanımır, uzaqlıqla bitmir. Elə sevirsən ki, ayrılıq ruhuna çata bilmir.  Elə sevirsən ki, Unutmaq sözü həyatından silinir, sevgini yaddaşa çevirir

Səni elə sevdim, elə sevdim ki,
Sən mənim azadlıq istəyim oldun.

İnsan cinayət edəndə azadlıqdan məhrum edirlər-insan üçün ən böyük cəza azadlığı itirməkdir. Sevgini belə vermək olur- belə böyük!

Və O sizə aiddir. Əminsiz bu sevgidən. Çox əmin... Məkanı ürəyinizdir.

Şeir deyil ki, bu...bu ruhun təzahürüdür.Hissi sözə çevirə bilməkdir.

Siz ən yaxşı tərcümansız.- ruhun tərcümanı.Ruhun dilindən anlayan.
Nə yollara baxdım, nə yol gözlədim...

Misradan ürəyimə necə köz basıldısa, gözlərimdən yaş gəldi. Dəhşət!

Başqaları kimi yol gözləmir, yollara gül düzüm demir, sevgini qəlbininin sakini kimi içində yaşadır.

Sənsizbircəan dayaşamadımmən,

bütünilləriminyoldaşıoldun.

Sənixəyalkimidaşımadımmən,

sənmənimənsadiqsirdaşımoldun.

 

Sevdiyini xəyala çevirmir, o reallıqdır. Xəyal ötəridir, yaddaşdan silinir.Sirdaş güvənilən dost, ömürlük dostdur.

Taleyi günahkar bilmədim, çünki
mən öz ürəyimin əsiri oldum.

Sevgidə, sevməkdə qürur, təvazökarlıq bu qədər olar-heç kimi suçlamazsan, suçlamağa qıymazsan. Küsməzsən... Deyir ki, seçim mənimdi, günah da, məsuliyyət də. Sevginin böyütdüyü insandı, ruhu azad. Ona görə belə gözəldi özü də, sözü də.

Onun tək bu şeirinə bir kitab yazaram, ürəyim soyumaz. Sizin şeirlərinizi bilirsiz niyə sevirəm? Çünki orda hay-küy, yalançı hayqırtı, pafos yoxdu. Bu şeirlərdə ağrı var. Ləyaqətlə daşınan ağrı. Həsrət var, amma ümidini itirməyən həsrət. Sevgidən doğan ağrı var. Vətənə, onun vətəndaşına, bir kəsə, hamıya... Bu poetik yanaşmadırmı bütün duyğulara? Bilmirəm, mənə görə ürəyin, ağlın düşüncəsidir.

Bəzi şairlər sadəcə şeir yazır. Kamalə Abiyeva ruhun danışa bilmədiklərini yazır. Ruh lal olur axı...Ruh Allaha mənsubdur axı...

Bax, burdadır möcüzə. Allahın dilində danışmaq. Həqiqi poeziyanın böyüklüyü bundadır. Və yenə də Ona deyirəm:
“Kamalə xanım, sizin heyranınızam. Sizi duyanda dərdimi unuduram, xoşbəxt oluram. İnana bilmirəm ki, yer üzündəyəm. Elə bilirəm cənnətdəyəm.Nə yaxşı ki, varsız, Yer üzündə xəzinə var. O da Siz. Mən hər adamı sevə bilmirəm. İnsanlarda ən ufak qara nöqtəni belə ruhum duyur. Amma ruhum sizə dəlicəsinə aşiq. Yaxşı ki, bu dünyada Kamalə xanım Abiyeva var. Çox xoşbəxtsiz. Mən sizə möcüzə deyirəm. Allahın möcüzəsi. Siz möcüzəsiz.

Bu ayda-iyulda dünyaya gəlib. 13-də. Bu da mənim təbrikim olsun. Bilmirəm, onun dünyaya gəlişinin sevincini yaşamağımı ifadə edə bildimmi? Amma demək istədim ki, Sizi sevirəm. Bir bilsəniz nə qədər! Ruhunuzu sevirəm. Qəlbinizi, xanımlığınızı. Sevginizi sevirəm. Sonda yenə öz sözləri ilə hisslərimi bir daha demək istəyirəm: Səni elə sevdim, elə sevdim ki”.

 Xatirə İsmayılova, şəhid Elçin Həsənlinin anası, müəllim,

Abşeron rayon İH yanında İctimai Şuranın sədri.