Əlizadə Nuri -  Şeir qız

Ədəbiyyat 11:13 / 12.07.2026 Baxış sayı: 364

 

Sən bir şeir kimisən, qız

gözlərin- bir cüt sehirli söz,

hörüklər- qoşa misra.

Sən bir şeir kimisən-

səni belə yazan

hansı qələmmiş?

O nar suyuna çəkilmiş dodaqların

Nə gözəl qafiyələnmiş?!