Ağaevli Əli Hacı  - Baxışlarım dağınığdı...

Ədəbiyyat 10:11 / 12.07.2026 Baxış sayı: 357
 

 

Baxışlarım dağınığdı,

əlin uzat,yığ bi yerə !

Dodağlarım çat-çat olub,

Insaf eylə,yağ bu yerə !

 

Ərit,dağımdan bu qarı,

Qurut,gözümdən suları !

Düzəlt,bu əyri yolları

Çıxaq biz də,sağ bi yerə !

 

Dəyiş oyunda hakimi,

Bütövləşim bir yurd kimi !

Ulayanda Boz Qurd kimi,

Sən də qaçıb,sığ bu yerə

 

12 İyul 2024 ·