Şakir Xanhüseynli  - AVAND İŞİMİZ DƏ TƏRS GEDİR

Ədəbiyyat 11:20 / 11.07.2026 Baxış sayı: 404

 

tişəmi çapır qayanı,

qayamı çırpılır tişəyə...

ayaq üstə quruyub suçu,

nədir, görəsən, onun

günahı, suçu...

kimdi hey susur,

səsi qışqırır...

qazanlar qaynadıb

adamı lap daşırır...

torpaq bəzəyir gülləri, çiçəkləri,

kədər şənləndirir ürəkləri...

mismar vurub taxtaya keçirir ustanı,

quşlar olmasa, qanadlar uçmaz...

bir səbəb yoxsa,

kimsə evinin üstünə

dağılmaz, uçmaz...

avand işimiz də tərs gedir,

ən yaşlılar belə

dünyadan cavan- tər gedir...