Elnur Uğur Abdiyev - Sevgisizlikdən doğur
Ədəbiyyat
10:14 / 11.07.2026
Baxış sayı: 349
Sevgisizlikdən doğur,
Yerin- göyün bəlası.
Anasına oxudur
Rəhmət, şeytan balası!
Gül açdıqca güllələr,
Qətl oldu qönçə güllər,
Belə daş- daş sökülər,
Eşq- insanlıq qalası.
Elnur, ölməz səadət,
Sübhə doğar sədaqət!
Məhəbbətdir,məhəbbət,
Yerin- göyün xilası.