Şövkət, Zərin Horovlu - Bilmir

Ədəbiyyat 11:10 / 11.07.2026 Baxış sayı: 374

 

Bu ömür heç aram olmur

Dünyamız gəlmir xoşuna,

Tutub ruhun qanadından

Uçub gedir özbaşıa.

 

Gücü çatmır qollarını

Bir qiyyə çəkə tərpədə,

Ruhu göylərin eşqində

Cismini ovudur yerdə.

 

Neynim, ipə-sapa yatmır

Əyindən -başdan tökülür,

Dünyanın dar qəfəsinə

Sorğu -sualsız çəkilir.

 

Qalmağı , getməyi sual

Dünəni var,indisi yox,

Gəlişi başdan yalanmış,

Gecəsi var , gündüzü yox.

 

Hardan gəlib,hara gedir

Günlərini sayır bir-bir,

Ölümdən o yana nə var,

Bu sirri özü də bilmir.