Fərhad Tapdıqoğlu -Tək-tənha, yalnız adam...
Düşüncələr
Kimsəsiz,tək-tənha, yalnız- yalqız adam...
Mənzili təkadamlıq kamera.
Ömürlük yalnızlığa, tənhalığa məhkum olunmuş adam.
Ömrünün xəzan çağıdır.
Üzünə açılan səhərlərə o qədər də sevinmir.
Əfv vərmanı verib, azad edəni də yox.
Unudulur yavaş -yavaş bu tənhalığa məhkum olunmuş qoca "məhbus ".
Qapısını döyən yox,qapısını açan yox,görüşünə gələn yox...
Heç olmasa ayda bir dəfə "peredaça " gətirən yox...
"Ömürlük cəza "alan bu tənha kişi elə bu "təkadamlıq kamerasından" köçəcək "təkadamlıq " əbədi evinə...
=
Susuz insana suyun səsi müsiqi kimi gələr.
Ac insana çörək ətri ətirlərin şahı kimi.
Pula həris insanlar isə pulun xışıltısını ən gözəl müsiqi,pulun ətrini isə ən gözəl ətir bilərlər.
Yalqız insanlar isə qapılarına yaxınlaşan ayaq səslərini musiqilərin şahı, onun yanına gələn insanın nəfəsinin ətrini isə ətirlərin şahı bilər...