Ağaevli Əli Hacı -  Hanı yol salan Allaha ?!

Ədəbiyyat 22:32 / 11.07.2026 Baxış sayı: 190

 

Hanı yol salan Allaha ?!
Mən də qoşulum ona !
Eşqindən yolu salmışam,
Gedək, mənə qoşul sonam !

Kim ki,vardı din adında,
Özünə düşməndi,düşmən !
Abrımı büküb ətəyə,
Namus üstdə döyüşənəm !

Çox yaşadıq bu dünyanı,
İncimədi,heç küsmədi !
Ona qarğış elədik biz,
Üzümüzə gülümsədi !

Ac torpağa göydü yağan,
Ruhum yağsa dincələrəm !
Toprağımı döyən yada,
Ölümümlə güc gələrəm !

Yerin,göyün ol sahibi
Mən də sözünün yiyəsi !
İlahi ! Sözunə yiyə
Bu,duran balan ölməsin !