Aləmzər Sadıqqızı - DİQQƏT!!!!!
Diqqət!!!!!!
Cənab Prezidentimə boyük ümid və sevgilərimlə !
Bəzəksiz- duzəksiz sadə el dilində....Mən sizi çox sevirəm! Siz bizim mərd, vətənpərvər oğullarımızı başınıza yığıb Vətənimizi azğın düşmənlərdən xilas elədiniz! Sizi sevməmək nankorluq olar!
Ancaq təəssüf ki, ən pis düşmən içimizdəklərdir...Siz teksiz! Onlarsa yüzlərlədir!
Allaha and olsun ki, mən bu məktubu ağrılardan qıvrıla qıvrıla yazıram... Həkimlərin bəlkə də 70 faizi insanları öldürməklə məşğuldur... Öz başıma gələnləri Cəmiyyətətimizin başına gəlmiş hesab edirəm. Aylardır həkimlərin səhfi ucundan mən nələri yaşadım bunu bir Allah bir mən bilirik...
Sentyabr ayında ayaqlarımda baş verən kəskin ağrılara görə Topçubaşov xəstəxanasına sığorta göndərişi ilə getdim... Məni Ruslan həkimə yazdılar...Məni təkrar dopler edib sol ayağıma stend qoyulacağını saği isə sadə anji edəcəyini dedi...Ancaq Topçubaşov da yox ikinci iş yeri Kəpəz xəstəxanasında...Getdim ancaq qarşıma tələb qoydular...Analizlər sıgortaya daxil deyil 800 manat verməlisən! İmtina etmək istədim...Ancaq gözəl dostlarım mane oldu, iki saat içində o pulu topladılar... Öncə sol ayaq cəmi 20 dəqiqəlik bir əməliyyat və stendə ehtiyac görmədik dedilər...Onu da deyim ki, Mən orda Ruslan həkimi görmədim...Bir həftə sonra sağ ayağımı anji elədilər...Mən 26 ildir işlədiyim doğma evim Azərbaycan Yazıçılar Birliyindən xahiş etdim ki, həkimə zəng vursunlar...Düzü şahidi olduğum hadisələr məni qorxudurdu...Onlarsa düşündülər ki, bunun arxasında boyük təşkilat dayanıb...Beləliklə ikinci əməliyyat mənə baha başa gəldi...Damarlarımı açıq qoyduqları üçün iki gün sonra reanimasiyaya yerləşdirdilər...Mən orda ölümün əlindən qurtardım...Və bazarlıq başladı...Öncə 600 manat olmalidır yapişqan bahadır o da alınmasa 3,4 min lazım olacaq...Mən cəmi 342 manat maaş alıram və heçcür imkanım yoxdur...Mən həyatımı təhlükəyə atıb xəstəxananı tərk etdim...AYB min mənim kimi yüzlərlə üzvü var onlar bu qədər köməyi mənə edə bilməzdilər...Sonra Yeni Klinikaya getdim...Orda da təkrar dopler edib dedilər ayağinızda boyük bir qan kisəsi var hər an partlayıb həyatınızı təhlükəyə atar...Ancaq yenə pula görə əməliyyat etmədilər...İki ay mən ayağımdakı yaraları güclə sağaltdım... Sentyabr ayından qızım məcbur qalıb işini atıb , evini atıb körpə uşağı ilə mənə baxır...Ancaq bitmədi Kəskin ağrılar başladı və mən Topçubaşova yenidən müraciət etdim..Ayağımı dizdən kəsmək istədilər...Başqa həkimə üz tutdum...Anji oldum və ayağımın baş barmağı ilə daban amputasiya olundu...Bütün bunlar mənə iki dəfə kredit 6 mindən çox başa gəldi... Son dörd ayda isə qohum- ,əqraba ,dost- tanış köməklik edir... Bunlar da yetmədi sosial şəbəkədə də paylalşımlar edildi...Çünki mənim maaşım mənim kamunnal xərclərinə gücnən yetir...Maaşımla müalicə xərclərim arasında dəvə ilə qarışqa qədər fərq var... Ayağım təkrar ağırlaşıb çünki, həkimin yazdıqlarını edə bilmirəm... Vətənimi, yaşamağı nə qədər sevsəm də artıq həyatıma son vermək qərarına gəlmişəm... Bu ömürdə tək onu anladım ki, əxlaqın, insanlığın heç bir qiyməti yoxdur... Sizdən çox xahiş edirəm bu insan yırtıcılarının diplomları əllərindən alınsın qoy gedib fəhləlik edib insanların əzabını onlarda yaşasın...Qanımda yaranan azlığa görə həkimim məsləhət gördü ki, Qanköçürmə insututuna gedim...Mən bundan öncə də Göydə Allah yerdə sizi bilib məktub yazdım...Məktub ordan Təbibə
göndərilmişdilər...Təbibin məktubunu götürüb getdik...Dedim ki, qanı qohumlar verəcək siz sadəcə köçürmə edin... Baş həkimə müraciət etdim...Ancaq təəssüf ki, Zöhrə xanım mincur bəhanələr gətirdi ...Məcbur qalıb özəl klinikaya müraciət etdim...bir dəfə qan koçürülüb ancaq iki dəfə də köçürülməlidir...Mənimsə heçcür imkanım yoxdur...Günlərdir ağrıdan səhərəcən gözyaşı tökürəm...Gündüzlər də həm ağrılar həm də qayğılar... Mən artıq nə edəcəyimi bilmirəm...
Sizə siğınıram...
Təbii ən gözəl həkim də , hakim də@ Allahdır!
Mənə çox haqsızlıq olub...Burda sadəcə səhhətimi yazdım...
Mənə bir şey olursa Size yazdiğım əsil məktub evimdədir... Sizə bir yazar, bir ana , bir Azərbaycan qadını kimi minlərcə kəs xahiş edirəm mənim itirilən haqlarıma sahib çıxın...
Və istəyirəm ki, xəstələri ancaq pul gözündə görən həkimləri Səhiyyəmizdən uzaqlaşdırasız.. . Əgər dərin yoxlama getsə görərsiz ki mən deyən həkimləri dönə-dönə məhkəməyə versələr də heç kim onlara bata bilmir...Onlara tək sizin o düşmən başına enən yumruğunuz batar!!!!
Mən sizə inanır və bütün qəlbimlə güvənirəm!
P.S. KİMİN GÜCÜ ÇATIR PAYLAŞSIN.