Xatirə Fərəcli - BALALARIMIN ATA OCAĞI
Bura
təbiətin əl boyda bir bucağı,
balalarımın ata ocağı.
Bu ocağın varı-yoxu xatirələr…
Bu ocaqda
sevgi dolu günlərimin
sevinci var.
Sevdiyimin gözü ilə baxır mənə
bu dər-divar.
Burda sağdır
gözlərimdə ölən eşqim.
İllərin o üzündən
qulağıma gəlir birdən
şaqraq səsim.
Bura mənim
sığınacağım –
daş qəfəsim.