Aləmzər Sadıqqızı - nan ağlayacaq bil ki, bu Aləm...
·
Yenə can dərdində, yenə dardasan,
Yenə kərpic-kərpic ömrün sökülür.
Sənin göz yaşını silənin ki, yox,
Niyə gözlərindən qəmin tökülür...
Gəl tut əllərimdən duraq ayağa,
Yaralı bir quş var, bizim ilkimiz...
Bizim bizdən başqa kimsəmiz yox ki...
Bir gözəl Allahdı bir də ikimiz...
Mən sənin ruhunam, sən mənim cismim,
Mən deyim sən də yaz əlində qələm.
Haçan ki, mən göyə, sən yerə endin...
İnan ağlayacaq bil ki, bu Aləm...
20.2.2026.