Kəmalə Abiyeva Aydın qızı- Vəsiyyət...
(Qızıma)
Məndən sonra ağlamazsan,
Ruhumu ağrıtmazsan.
Dünyadan gedişimi yox,
Gəlişimi anarsan.
"Bu gündə doğulan qadın vardı,
Mənim üçün yaşardı" deyərsən.
əylənərsən, gülərsən.
Ad günündə ağlamazlar bilirsən.
Səni necə sevdiyimi,
Məni necə sevdiyini xatırlarsan.
Bir də
Qınamazsan nə özünü, nə məni
bacarsan...
Mənsə ağrılarını özümnən apararam...