"Ulduz" jurnalının Türk dünyası sayı təqdim olunub

MƏDƏNİYYƏT 20:52 / 19.02.2026 Baxış sayı: 319

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), “Ulduz” jurnalı və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) birgə təşkilatçılığı ilə jurnalın Türk dünyasına həsr olunmuş sayının təqdimatı keçirilib.

Yenises.az xəbər verir ki, tədbirdə ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, "Ulduz" jurnalının baş redaktoru, şair-publisist Qulu Ağsəs, universitetin əməkdaşı Aynurə Əliyeva çıxış edib.

Professor Mahirə Hüseynova ədəbiyyat nümayəndələri ilə görüşlərin tələbələr üçün də çox böyük əhəmiyyəti olduğunu vurğulayıb.

Şair-publisist Qulu Ağsəs qeyd edib ki, “Ulduz” jurnalı ilə universitetin çox gözəl əməkdaşlığı və bu əməkdaşlığın xüsusi buraxılışlar kimi gözəl nəticələri var.

Tədbirin moderatoru DGTYB başqanı İntiqam Yaşar Türk dünyasının ədəbi-mədəni əlaqələrinin inkişafında ortaq nəşrlərin əhəmiyyətindən bəhs edib.

Daha sonra gənc yazarlar Fuad Cəfərli, Qabil Ədalət, aktrisalar Simuzər Ağakişiyeva və Günəş Mehdizadə şeirlər səsləndirib.

Tanınmış aşıqlar Nəbi Nağıyev, Nazim Quliyev, qarmon ifaçısı Habil Şınıxlı, nağara ifaçısı Vüqar Əhmədov Mahirə Hüseynovanın sözlərinə oxunmuş aşıq mahnılarını təqdim ediblər.

Tədbirə kollektiv şəkil çəkdirməklə yekun vurulub.