Fərhad Tapdıqoğlu - Balığı atdı dənizə
( minatür)
Malik kiçik qayığı ilə dənizə girdi,tor qurdu.Tora düşdü çoxlu balıq...
Malikə xəbər çatdırdılar ki,reydə çıxıb ,"rıbnadzor " Xalıq...
Malik cəld balıqları tökdü dənizə.
Bilmirəm Malikin onları dənizə atdığını bildimi balıq?!...
Amma şübhə yoxdur ki,bildi o göydəki Xalıq...
Amma görmədi,bilmədi "rıbnadzor" Xalıq...
Görsəydi xeyli cərimə yazar, hətta müsadirə edərdi qayığını Malikin Xalıq...
Bu dəfə " rıbnadzor" Xalıq tuta bilmədi balıqçı Maliki...
Malik Xalıqın cəriməsindən ,müsadirəsindən qaça bildiyinə görə əllərini göyə qaldırıb ,göydəki Xalıqa şükr elədi ...