Ramiz Qusarçaylı - A daş gülüm
Yeni nəşrə hazırlanan “Gedəsən dünyanın axırınacan” adlı kitabımdan...
Bilirsənmi,
mən öləndə
Qəbrim üstə kim gələcək.
Göy üzündən mələk-mələk
Salameleyküm gələcək...
Könül kövrək,
tellər tarım,
Hər tel üstdə bir qübarım,
Bir dodaqda misralarım
Bir dildə türküm gələcək.
Suc sığışmır hər yumağa,
Bük günahı başqa ağa,
Mən boyda dərd oxşamağa
Sən adda ərkim gələcək.
Günəyə çəkdim quzeyi,
Qəmdən keçir hər bəzəyi,
Qəlbimdə qəmlər muzeyi
Qarşına sərgim gələcək.
A daş gülüm,
a gül daşım,
Yanar gözündə göz yaşım,
Son mənzilə son savaşım,
Bir də ilk sevgim gələcək....