Sevinc Qərib - Bomboş küçə kimidi...
***
Bomboş küçə kimidi
ruhumda avazıyan şəkillər,
nə ağac var söykənəcək,
nə divar var yapışacaq.
Ümidsizdi səhra tənhalığına
uzanan yollar,
gedilmədikdən sonra
nə anlamı var...
Uzaqların isti cazibəsi
daha çox təsəllidir.