Şərafət Şəfa - Üfüqdən boylanan günəş də məlul
Üfüqdən boylanan günəş də məlul,
Gecə ay gələcək o isə gedir.
Dünya yaranandan belə yazılıb,
Belə də gəlibdi, belə də gedir...
Mən aylı gecəyəm, sən günlü gündüz,
Göydəki ulduzlar göz yaslarımdır.
Qopar nisgilimi, lap kökündən üz,
Yazılan hər nə var bəxt daşlarımdır.
Şəfa, yenə cosdun sübhün şehində,
Dan yeri agarar, bəxtin agarmaz,
Senin taleyinə qismət vurdugu,
Düyünlər çözülməz, yara sagalmaz!!
Qüruba baxıram qüssələr sıxır..
Güman etmirəm ki, mən səni tapam..
Bizim sevdamızdan damlayan nisgil,
Gecəylə gündüzə oxsayır tamam..