SONA VƏLİYEVANIN YENİ KİTABI
Bu günlərdə "Zərdabi" nəşriyyatında tanınmış şair, filologiya elmləri doktoru, Əməkdar jurnalist Sona Vəliyevanın "İşığın ayaq səsləri" adlı yeni kitabı işıq üzü görmüşdür.
Yenises.az xəbər verir ki, 544 səhifəlik şeirlər kitabındakı hər bir şeirə tanınmış rəssam İmran Nurəli tərəfindən həmin poetik nümunənin məznununa uyğum rəsm əsəri çəkilmişdir.
Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı dərin məzmunlu şeirlər, poemanlar və poetik silsilələr toplanmışdır.
Həmçinin nəşrdə Sona Vəliyevanın bədii, elmi və publisistik yaradıcılığı haqqında tanınmış elm, sənət, mədəniyyət və ədəbiyyat adamlarının qısa fikirlərinə yer verilmişdir.
Kitab poeziyasevərlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.