Əlirza Xələfli - Gəlsin
Gedin deyin Xan Çobana,
Yaşı ötüb düzə gəlsin.
Dağda boran , qara düşər,
Qışdı , yensin düzə gəlsin.
Haqqı görsün yörəsində,
soyuğunda , istisində.
Ocaq çatsın sinəsində,
Qoy qızınsın közə gəlsin
Ədəb ərkan yeri bilsə,
ürəyindən kini silsə,
Doğru yolda düşüb ölsə,
Yenə dönməz üzə gəlsin...
Qy Xan Çoban gəlsin elə,
Aldanmasın fitnə felə,
Acı , şirin , doğru dilə,
Haqdan gələn sözə gəlsin.
Xələfli yoldan keçəndə,
Görsün onu od içində...
Azmasın dumanda, çəndə,
Baxsın əvvəl izə gəlsin.
Əli Rza Xələfli,
15.02.2026