Əşrəf Veysəlli - AĞLAYA- AĞLAYA
Bu dünya nə olan şeydi,
bildik ağlaya- ağlaya.
Açdıq ağlaya-ağlaya,
solduq ağlaya-ağlaya.
Bir tamsa da, kəsirsə də,
baş açmadıq nə sirsə də…
Beşiksə də, qəbirsə də
gəldik ağlaya-ağlaya.
Qana- qana, bilə- bilə,
yana- yana döndük külə…
Yaşamadıq gülə- gülə,
güldük ağlaya- ağlaya.
2006- cı il.