Sevil Azadqızı - SÜKUTA DOGRU

YAZARLAR 11:30 / 20.02.2026 Baxış sayı: 485

 

Dünyanı tərk etmək istəyirəm, amma bir qaçış kimi yox, bir çayın dənizə axıb qovuşduğu kimi,

Nə ad istəyirəm, nə xatırlanmaq, nə də şan-şöhrət,

Səssizliyin sonsuz ağuşunda bütün ağrılarımı soyunub, Ruhum, dincəlmək istəyirəm əlbət.

Heç nəyin soruşulmadığı,

zamanın saata sığınmadığı,

bir dərd olmayan yer istəyirəm.

Ruhumun səsini belə eşitməkdən bezdim,

Ruhum, bəsdir bu qədər dərd daşıdığım ağırlığın altında dözdüm.

Silkələnib qopmaq istəyirəm astarı üzündən baha olan ömür köçümdən,

Varlığın ağır yükünü kənara qoyub,

Ruhum, əlvida adlı imza atmaq keçir içimdən...

 

19.02.2026